XİN-dən azərbaycanlı girovun buraxılma xəbərinə reaksiya: "Onların da azad edilməsini istərdik"

img

05-02-2019 [23:07]


Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ terrorçularının girov götürdüyü Elnur Elman oğlu Hüseynzadənin azad edilməsinə münasibət bildirib.

XİN sözçüsü Leyla Abdullayeva açıqlamasında bildirib ki, Ermənistanın Dilqəm Əsgərov və Şahbaz Quliyevi də azad etməsini istərdik.

Qeyd edək ki, 2017-ci ilin 2 fevralında cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunu girov götürüb.

"Sputnik Ermənistan”a açıqlama verən qondarma rejim liderinin "mətbuat katibi” David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA