05-02-2019 [19:11]
Gürcüstan parlamentinin builki yaz sessiyasının ilk iclasında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büstün ucaldılması məsələsi qaldırılıb.
Mia.az "Report”a istinadən xəbər verir ki, parlamentin deputatı Azər Süleymanov çıxışında separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb.
O bildirib ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olarkən niyə görə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşan və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana büst qoyulub: "Ən pisi isə budur ki, büstün açılış mərasimində deputatlar, bələdiyyə sədri, mer və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu, xalq arasında böyük narahatlıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən bir cavab istəyirəm ki, sizin deputatlarınız orada iştirak edib və siz buna necə qiymət verə bilərsiniz?”.
A.Süleymanov həmçinin qeyd olunan büstün sökülməsi tələbini də qaldırıb: "Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə xələl gətirən həmin büst götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrar olunmasın”.
Məsələyə münasibət bildirən parlament sədri İrakli Kobaxidze isə bildirib ki, Gürcüstanın qonşu ölkələrlə bağlı aydın mövqeyi var: "Biz qonşu ölkələrin maraqlarına hörmət edirik və bu maraqlara uyğun hərəkət edirik. Əgər lazım gəlsə, biz azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparacağıq və bir yerdə qonşuluqda sülh şəraitinin qorunub saxlanılması üçün qərar qəbul edəcəyik”.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi