Gürcüstanda “donuz qripi” - Azərbaycanlıların yaşadığı rayonda bir nəfər ölüb

img

05-02-2019 [14:48]


Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda 55 yaşlı kişi A (H1N1) ("donuz qripi”) virusundan ölüb.

"Report”un yerli bürosu xəbər verir ki, "donuz qripi” ilə yanaşı pasiyentin digər xroniki xəstəlikləri də olub.

Ölən şəxsin etnik gürcü olduğu bildirilir.

Qeyd edək ki, Marneulidə "donuz qripi”nə yoluxma ilə bağlı 7-8 hal qeydə alınıb. Rayonun bütün xəstəxanaları qrip virusuna qarşı "Tamiflu” preparatı ilə təchiz olunub.

Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA