Novruz Məmmədov hesabat verəcək - İlk dəfə

img

05-02-2019 [14:05]


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib.

Məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı martın 15-də Milli Məclisdə dinləniləcək.

Belə ki, həmin gün keçiriləcək plenar iclasda Novruz Məmmədov Baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hesabatın mart ayının əvvəlindən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq, deputatlara paylanılması nəzərdə tutulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.(Modern.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA