05-02-2019 [11:56]
Prezident İlham Əliyev fevralın 5-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edərək bildirib ki, Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib.
Dövlət başçısı Bakıda keçirilən Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə edib. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd edib və bildirib ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Dövlət başçısı qeyd edib ki, bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır, eyni zamanda, dünyada daha çox insan Azərbaycan haqqında məlumat alır. Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır.
Çeyz Keri dövlət başçısının fikirləri ilə tam şərik olduğunu vurğulayaraq qeyd edib ki, bu yarışı izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklərini yüksək qiymətləndirir və Bakını çox sevdiklərini bildirirlər. Çeyz Keri bildirib ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkəyə potensial turistlərin cəlb olunması ilə yanaşı, eyni zamanda, Bakının dünyada daha çox tanınması işinə də öz töhfəsini verir.
Görüşdə Bakıda təşkil edilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı 3-cü beynəlxalq konfransın əhəmiyyətinə toxunulub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi