05-02-2019 [11:10]
Dünən rayonlarda yerləşən orta məktəblərdə vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.
Bu barədə Axar.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, test üsulu ilə direktor olacaq şəxslər kimdənsə asılı vəziyyətdə olmayacaq:
"Rayonlarda olan 700-ə yaxın vakant yerə direktor seçilmək istəyən 2037 namizəd elektron qeydiyyatdan keçmişdi. Onlardan 730-u test mərhələsində 40 faizdən çox nəticə göstərib və müsahibə mərhələsinə buraxılıb. Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb.
Hazırda məktəb direktoru olmaq prosesi test və müsahibə mərhələsi ilə həyata keçirilir. Yəni hər kəs bilik və bacarığını (əzbərçiliyini) nümayiş etdirib, müsabiqə mərhələlərini uğurla keçir. Bu o deməkdir ki, uğur qazanan direktorluğa namizəd buna özü nail olub. Ona görə də kimdənsə asılı deyil. Onun qarşısında duran əsas məsələ çalışacağı məktəbdə təlimin, tədrisin, tərbiyənin keyfiyyətini artırmaqdır, daha özünün maddi vəziyyətini yaxşılaşdırmaq yox. Əməkhaqqı onları qane etməsə də, bu barədə əvvəlcədən məlumatlı idilər. Həm də qanunvericilik direktorlara imkan verir ki, məktəb imkanları ilə xidmətlər göstərib qanuni vəsait əldə etsinlər”.
Ekspert bütün mərhələləri uğurla başa vurduqdan sonra direktor vəzifəsini icra edəcək şəxslərə bir sıra tövsiyələr də verib:
"X, XI sinif şagirdlərindən hazırlığa getdiklərinə görə aylıq, illik pul alıb dərsə gəlməmələrinə göz yummayın, şagirdlərdən illik, rüblük qiymətlərinin qəbul imtahanlarına təsir göstərəcəyini bəhanə edib, pul alıb qiymətini artırmayın. Laborantın, katibənin, xadimələrin, dalandarın maaş kartını cibinizdə gəzdirməyin. Çalışacağınız kollektivlə ədavət yaratmayın, məhkəmə mübahisələrinə qədər getməyin. Özünüzün, övladınızın, atanızın, babanızın, qohum-əqrəbalarınızın ad günləri, yubileyləri, yas mərasimləri münasibəti ilə pul yığmayın.
Əgər direktorluq 1 illik təlim, sonra direktor müşaviri, sonra sınaq müddətinə təyinat, onun ardınca təyinat yolu ilə olsaydı, siz neqativlərin idarə olunması, problemli situasiyadan çıxış bacarıqlarına sahib olardınız.
Vicdanla işləyin, nümunə olun. Siz yaxşı işləsəniz, heç kimdən qorxub çəkinməyinizə ehtiyac yoxdur. Ola bilər ki, siz Təhsil Nazirliyinin xoşuna gəlmək üçün, vəzifədə qalmaq üçün bunu edirsiniz, amma son 6 ildə ölkə təhsili 3 nazir və komandasını dəyişib. İşinizlə nüfuz, etibar və etimad qazanın.
İnanın ki, təhsil naziri də sizin vicdanla işləməyinizi istəyir. Yoxsa daha nazirin şəklini profil şəkliniz edib, Feysbukda nazirdən 3-4 sitat gətirməklə, nazirin şəklini, fikirlərini, Feysbuk səhifəsini paylaşmaqla xidmət etməyin. İnanın ki, nə təhsilin, nə də təhsil nazirinin buna ehtiyacı var. Onun sizin keyfiyyətli işinizə ehtiyacı var ki, yekunda təhsilin inkişafı, görülən işlərlə bağlı hesabat versin. Məqsəd və hədəf övladlarımıza sağlam təhsil mühitinin yaradılması olmalıdır”.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə mərhələsini uğurla başa vurmuş 730 nəfər namizədlə müsahibələr 5 dekabr 2018-ci il – 26 yanvar 2019-cu il tarixlərində keçirilib. Ötən gün dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi