Vəkillər Kollegiyası toplandı - Xəbərdarlıq edildi

img

04-02-2019 [19:53]


Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

Qurumdan Mia.az-a verilən məlumata görə, iclası giriş sözü ilə Kollegiyanın sədri Anar Bağırov açaraq bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqi barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Yığıncaqda Tərtər və Astara rayon vəkil bürolarının təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul olunub, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılıb.

İclasda vəkillər barəsində başlanılmış 8 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə irad, 1 vəkilə xəbərdarlıq verilib, 3 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 3 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA