Bakıda qəbiristanlıqda kişi meyiti tapılıb

img

04-02-2019 [13:08]


 Bakıda qəbiristanlıqda kişi meyiti tapılıb.

Qaradağ rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, fevralın 3-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qəbiristanlığn yaxınlığında naməlum kişi meyitinın aşkar olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində meyiti tapılan şəxsin, 1972-ci il təvəllüdlü Məmmədov Rasim Oruc oğlu olması müəyyən edilib. 

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA