Küçəyə atılan iki körpənin anası tapıldı

img

04-02-2019 [10:38]


Xəbər verdiyimiz kimi, dünən Bərdə rayonunda "Qızıltac” şadlıq sarayının yanında iki körpə (8 aylıq, digərinin isə 2 yaşında) uşaq tapılıb. Uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Artıq uşaqların anası tapılıb. Bu barədə unikal.og-a Bərdə rayonun icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya məlumat verib.

O bildirib ki, azyaşlıların anası Qazax rayonunun Kəmərli kənd sakini Aslanova Yeganə Məhəmməd qızıdır. Hazırda Bərdə rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA