Çexiyadakı səfirimiz Elman Rüstəmovun kürəkəni ilə ortaq şirkət yaradıb - Sənədlər yayıldı

img

02-02-2019 [21:27]


"Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin da başı biznesə qarışıb. Hörmətli diplomatımız məmurlardan geri qalmayaraq, səfir kimi fəaliyyət göstərdiyi ölkədə şirkət açıb. Özü də faktiki olaraq, Su və Melorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədi Əhməd Əhmədzadənin oğlu, Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə ilə ortaq".

Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində məlumat verib.

O, paylaşdığı rəsmi sənədlərə istinadən bildirib ki, 2018-ci il mayın 5-də səfir Fərid Şəfiyev Cümə Əhmədzadənin bu ölkədəki biznesini idarə edən Elçin Kazımzadə və Çexiya vətəndaşı, Avropa-Azərbaycan Ticarət Palatasının rəhbəri DAVID SNÁŠELlə birlikdə "East Trade Company s.r.o." şirkətini təsis ediblər: 

"Səfir öz hissələrini həyat yoldaşı 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Akademik Həsən Əliyev 98a, mənzil 36 ünvanında qeydiyyatda olan Ülkər Şəfiyevanın adına rəsmiləşdirib. 

Şirkətin pay bölgüsünə görə o, şirkətin 1/3-nə sahibdir. 

Ülkər Şəfiyeva Xarici Dillər Universitetindən ingilis dili müəllimi ixtisası üzrə məzundur. 
Şirkətin ünvanı: Klokotská 744/29, 390 01 Tábor. Şəhadətnamə nömrəsi: 07095945".

İddialarla bağlı səfirin mövqeyini də təqdim etməyə hazırıq.

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA