Nazir bu şəxsləri vəzifədən azad etdi... - KTN-də növbəti dəyişiklik + SİYAHI

img

02-02-2019 [23:17]


Kənd Təsərrüfatı Nazirliyində yeni dəyişikliklər olub.
 
Bu barədə Mia.az-a nazirlikdən daxil olan məlumata görə, İnam Kərimovun əmri ilə 8 ay əvvəl (30 iyun 2018-ci ildə) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru təyin olunan Vüqar Babayev vəzifəsindən çıxarılıb.
 
Onun yerinə isə Elçin Zeynalov gətirilib.
 
Xatırladaq ki, V.Babayev bu vəzifəsinə qədər Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib.
 
İnam Kərimov Vüqar Babayevlə yanaşı, 13.06.2018-də təyin etdiyi müşaviri Şəbnəm Məmmədovanı da vəzifəsindən çıxarıb. 
 
Qeyd edək ki, nazir İnam Kərimovun 8 ay əvvəl özünə innovasiya üzrə müşavir təyin etdiyi Ş.Məmmədova ADA Universitetinin "Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.
 
O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.
 
 Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən "İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.
 
Naziirn digər əmri isə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadəni də işdən azad edib.
 
MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA