Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu

img

02-02-2019 [13:07]


 Bakıda və Abşeron yarımadasında fevralın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabaha arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA