Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik - Xaricdə tanınmasına mane olan amil aradan qaldırıldı

img

01-02-2019 [16:43]


Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - "ə”, "ğ”, "ö”, "ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA