Zakir Həsənov cəbhədəki hərbi obyektlərə getdi - FOTO

img

01-02-2019 [15:06]


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin tapşırıqlarına əsasən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, cəbhəboyu zonada olan nazirliyin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.

Zakir Həsənovhərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA