Azərbaycanda “donuz qripi”nin olması rəsmən təsdiqləndi - Video

img

01-02-2019 [11:10]


Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A (H1N1) virusu təsdiqlənib.

MİA.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib. O bildirib ki, 16 nəfərin virusa yoluxması bu nəticələrə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib.

"Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var. Mövsümi qrip müşahidə edilir. A(H1N1) virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir".

Qeyd edək ki,A/H1N1 virusu başqa adla"Donuz qripi" kimi tanınır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA