Göygöldə 300 minlik broyler quşçuluq fabriki fəaliyyətə başlayıb

img

01-02-2019 [10:28]


Göygöl rayonunda 300 minlik broyler quşçuluq fabriki fəaliyyət göstərir. Əsas məqsədimiz keyfiyyətli, müvafiq beynəlxalq tələbatlara uyğun toyuq əti və cins quşlar istehsal etmək və həmçinin həmin məhsulların alıcılara çatdırılma keyfiyyətinə nəzarət etməkdir. Şirkətimiz müasir beynəlxalq standartlara uyğun olan Türkiyәdə istehsal olunmuş avadanlıqlarla təchiz olunmuşdur.

Məhsullar veterinar həkimlərin nəzarəti altında, gigyenik və sağlam şəkildə yetişdirilir.Brləki, Göygölün suyu ilə qidalanan toyuqlarımız şəriət qaydalarına uyğun şəkildə əl ilə kəsilir və gigyenik qaydada qablaşdırılır.

Bu fabrikin məhsulları təmiz Göy-Göl suyu və keyfiyyətli qida ilə yetişdirildiyinə görə dadından doymaq olmayacaq. Məhsullar hazır olandan sonra laboratoriyada həmin məhsullardan bir-iki nümunə götürülür və yoxlamadan keçirildikdən sonra bazara çıxarılır. Məhsullarımızın keyfiyyətinin Azərbaycanın hüdudlarından kənarda belə yüksək qiymətləndirilməsi çox sevindirici haldır. İstehlakçı maraqlarını daim diqqət mərkəzində saxlamaq, istehsal etdiyi məhsulların keyfiyyəti barədə onlarda dayanıqlı müsbət rəy yaratmaq "A.S.R" şirkətinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Göygöldə 300 minlik broyler quşçuluq fabriki fəaliyyətə başlayıb
Bundan başqa insan sağlamlığını nəzərə alaraq sağlam, gigiyenik şəraitdə fəaliyyət göstərməklə müştərilərimizin güvənini qoruyub saxlamaq əsas məqsədimizdir.
Məhsul keyfiyyəti və təhlükəsizliyi ilə bağlı bütün spesifikasiyalara uyğunluq təşkil etmək, tədarük, istehsalat, anbarda saxlama şəraiti, satış əməliyyatlarında fiziki, kimyəvi və mikrobioloji kirlənmənin qarşısını almaq və nəzarət altında saxlamaq prioritetimizdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA