Avropa Parlamenti Maduroya "yox" dedi - Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıdı

img

31-01-2019 [16:40]


Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 439 nəfər sənədin lehinə, 104-ü isə əleyhinə səs verib, 88 nəfər neytral qalıb.

"Qərar qəbul olundu. Elan edirəm ki, Avropa Parlamenti Quayondonu Venesuelanın qanuni Prezidenti kimi tanıdı. Avropa Parlamenti bunu edən ilk Avropa institutu oldu", - deyə iclasda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.

Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo yanvarın 23-də Karakasda mitinq zamanı özünü Prezident elan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA