Tbilisi şəhərində 30 yaşlı kişi qrip virusundan ölüb

img

31-01-2019 [15:27]


 Gürcüstanın paytaxtı Tbilisi şəhərində 30 yaşlı kişi qrip virusundan ölüb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxs qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Pasiyentin "donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, kişinin ölümünə "donuz qripi”nin səbəb olması laboratoriya şəraitində hələ müəyyən olunmayıb.

Qeyd edək ki, qonşu ölkədə 20 nəfərin "donuz qripi”ndən ölməsi təsdiq olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA