Səhiyyə Nazirliyindən "Donuz qripi" iddialarına daha bir cavab: "Bu, bizə məlum deyil”

img

31-01-2019 [15:18]


 Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə "donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.

Nazirlikdən "Report”a deyilib ki, Azərbaycanda bu günə qədər "donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.

"Taun Əleyhinə Stansiya ÜST-yə hər hansı nümunə göndərilməyib. Həmin təşkilat da hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb, bu, bizə məlum deyil”- deyə Səhiyyə Nazirliyindən bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA