Azərbaycanda 16 nəfər "donuz qripi”nə yoluxub? - Nazirlikdən Ümumdünya Səhiyyə Təşkilatının xəbərinə reaksiya

img

31-01-2019 [14:50]


Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb.

Mia.az Medicina.az-a istinadən xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.

Medicina.az-ın əməkdaşı məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanda "donuz qripi”nə yoluxma qeydə alınmayıb. 

Qeyd edək ki, ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi, 16 halda А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb.

Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA