Hüsən baba və Xanım nənənin şirinliyi - Gənc müəllimə yazır

img

31-01-2019 [14:03]


Müəllim olmaq arzusu ilə Gəncə Dövlət Universitetinin riyaziyyat fakultəsində bakalavr və magistr təhsili almışam. 

Cari ildən MİQ-dən keçərək İmişli rayonunun R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbində ixtisasım üzrə müəlliməm. Təyinat yerinə gələndə heç kəsi tanımırdım. 

Məktəbin direktoru, respublkanın Əməkdar müəllmi Səxavət Tağıyev məni kənd sakini Hüsən babanın evində yerləşdirdi. Elə o gündən Hüsən kişi mənə baba, həyat yoldaşı Xanım isə nənə oldu. Allah onlara ömür versin. Necə gözəl insanlardır. Təmənnasız olaraq evlərində qalıram. 

... Pedaqoji kollektivimizdən çox razıyam. Qayğı göstərirlər. Məktəbin bina şəraiti bir o qədər də ürəkaçan olmasa da kollektivdə yaşanan sağlam mühit ürəkaçandır. Mənim üçün nə lazımdır? Normal bir evdə yaşayıram, yaxşı bir kollektivdə işləyirəm. Üstəlik, sinəsi söz-söhbətli Hüsən babam və Xanım nənəm də var. Onların şirinliyi, göstərdiyi nəvaziş həyatıma, peşə fəaliyyətimə xüsusi bir rəng qatır. Öyrəndim ki, Hüsən babanın  atası rəhmətlik Baba müəllim işlədiyim və yaşadığım Əliqulular kəndinin ilk ziyalılarından və müəllimlərindən biri olub. Kim bilir, bəlkə də mənə göstərilən qayğının kökündə elə bu durur. 

Mən heç vaxt onları unutmayacam. Onlar mənim üçün əsl nənə və babadırlar. 

İlahə Qasımova.
İmişli rayonu, R.Məmmədov adına Əliqulular kənd
tam orta məktəbin riyaziyyat müəllimi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA