İşə bərpa olunanlar prezidentlə xanımına təşəkkür etdi - Video

img

31-01-2019 [11:50]


Bir neçə gün öncə Birinci Vitse-Prezident Mehriban Əliyeva "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji” ASC-yə göstəriş vermişdi.

M. Əliyevanın "Azərenerji”yə verdiyi göstəriş dərhal icraata götürülüb və işdən ixtisar olunan əməkdaşlar müvafiq işlə təmin edilib.

Qurumun Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilən vətəndaşlar ölkə rəhbərliyinə təşəkkür edib. Onlar müraciətlərinə operativ reaksiya verdikləri üçün prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA