Sürücülük vəsiqələrində dəyişiklik ediləcək

img

31-01-2019 [10:25]


Azərbaycan sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.

Mia.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir. Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - "ə”, "ğ”, "ö”, "ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Qeyd edək ki, layihə Milli Məclisin yaz sessiyasının sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA