824 müəllim yoxlamadan keçdi

img

30-01-2019 [10:50]


Paytaxtdakı ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib.

Mia.az xəbər verir ki, qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib. 

Müəllimlər 40 dəqiqə vaxt ərzində 15 sualı cavablandırıblar.

Qiymətləndirmədə iştirak edən müəllimlər fevral ayından etibarən İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən İKT üzrə keçirilən təlimə cəlb olunacaq. Təlim həftədə üç dəfə olmaqla 15 gün davam edəcək.

Təlimin keçirilməsində məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA