29-01-2019 [23:36]
Bu gün ölkəmizdə xarici qeydiyyat nişanlı avtomobillərə tez-tez rast gəlmək olur.
Adətən Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və s. ölkələrə aid nömrələrlə idarə edilən avtomobillər üstünlük təşkil edir. Müşahidələr onu göstərir ki, bəzən bu avtomobillər bir çox sürücünün "xəyallarında” yaratdığı avtomobil modelidir. Hər tərəfi pərdə plyonka, maşında həyata keçirilən bir çox dəyişikliklər və s. bu kimi imkanlara bəzi ölkələrdə qadağa yoxdur.
Bəs görəsən xarici qeydiyyat nişanlı avtomobillərə marağın səbəbi nədir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı azadinform-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, gömrük rüsumları artırılandan sonra insanlar o avtomobilləri alırlar və ölkəmizdə qeydiyyata sala bilmirlər: "Xüsusən aşağı təbəqənin insanları, taksi sürücüləri, avtomobillərlə müxtəlif xidmətlər göstərən şəxslər bu imkandan istifadə edirlər və qeydiyyatda olduğu dövlətin nömrə nişanını saxlamaqla Azərbaycanda maşınları idarə edirlər. Tutaq ki, Gürcüstandan gətirilən maşını bizim vətəndaş gedir etibarnamə ilə gürcü vətəndaşından alır, etibarnaməni öz dilimizdə tərcümə elətdirir və avtomobili rahat ölkə ərazisində idarə edə bilir. Bakı və digər ərazilərdə yaşayan minlərlə Gürcüstan azərbaycanlıları var. Onların hüquqları var ki, avtomobil alıb, qanunvericiliyin imkanlarından istifadə edib sürə bilirlər. Eyni zamanda xarici qeydiyyat nömrə nişanı ilə qanunsuz fəaliyyət göstərənlər də az deyil. Bu yaxınlarda yerli avtobus sürücüləri hansı ki, rayonlar arası turistləri daşıyanlar və s. xidmətlər göstərən sürücülər etiraz aksiyası keçirdilər. Onlar maşını Gürcüstandan ucuz aldıqlarına görə sərnişindaşıma xidmətini ucuz göstərir və bu da sürücülər arasında mübahisə yaradır. Əslində bizim qanunvericiliyinə uyğun olaraq deyirəm ki, xarici ölkələrin qeydiyyatında olan nəqliyyat vasitəsi ilə ölkə ərazisində taksi və digər sərnişindaşıma xidməti göstərmək qadağandır. Görünür onlar buna məcburdurlar. Biz onlar üçün şərait yarada bilərdik, amma yaratmadıq. Çünki hər il gömrük rüsumlarını artırmağı düşünürük. Buna görə də avtomobil bazarında son dövrlər durğunluq müşahidə olunur. Yenə də köhnə avtomobillərin "ümidinə” qalırıq. Bir tərəfdən proqram qəbul olunur ki, köhnə avtomobillərin dövriyyədən çıxaraq və onlar istismar olunmasın, digər tərəfdən də gömrük rüsumları artırılır”.
Ekspert sürücü və polislər bilməli olduqları bir neçə məqamdan da danışıb. O vurğulayıb hər bir nəqliyyat vasitəsi qeydiyyata alındığı dövlətin qanunları çərçivəsində təchiz oluna bilər: "Yay aylarında bizdə zavod istehsalı olan yan pərdələrdən istifadə etməyə icazə verilir. Tutaq ki, başqa ölkədə buna icazə verilmir, amma, biz öz qanunlarımız çərçivəsində orada avtomobil idarə edə bilərik. Məsələn, Türkiyədə də avtomobili 4 bir tərəfini plyonka ilə tündləşdirməyə icazə verilir. Türkiyə vətəndaşı gəlib nömrəni Azərbaycan nömrəsi ilə əvəz edənə qədər avtomobili o vəziyyətdə idarə edə bilər. Amma bəzi sürücülər bundan istifadə edir və yol polis əməkdaşlarının xəbəri olmur. Bizim DYP əməkdaşlarına təlimlər keçmək lazımdır ki, bu maşınların gəldiyi ölkələrdə qaydalar necədir? Plyonkaya icazə varmı? Bəzi sürücülər də fikirləşir ki, xarici nömrəyə görə saxlanılmırlar və belə olan halda öz bildiklərini edirlər. Ona görə bizim polis əməkdaşları məlumatlı olsalar, bu cür neqativ halların qarşısını ala bilərlər”.
Belə avtomobillərə nəzarət mexanizmi necədir?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə qeyd edib ki, yol hərəkətində istənilən nəqliyyat vasitəsinin sürücüsü tələblərə uyğun, düzgün hərəkət etməlidir: "Heç bir sürücü arasında ayrı-seçkilik yoxdur. Mən deməzdim xarici qeydiyyat nömrəli avtomobillər tərəfindən qaydalar pozulur. Çünki bu gün müasir kameralar vasitəsilə aşkarlanan hər bir qayda pozuntu ilə bağlı addımlar atılır. Hər bir ölkənin öz qanunvericiliyi var. Azərbaycanın Respublikasında istismar edilən nəqliyyat vasitəsi standartların tələblərinə uyğun olmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi