Bu il ali məktəblərə qəbul aparılacaq ixtisasların sayı açıqlandı - Siyahı

img

29-01-2019 [22:59]


2019-cu il üçün ali məktəblərin ixtisas qruplarına daxil olan ixtisasların sayı açıqlanıb.

Bu barədə Mia.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib.

Ekspert bildirib ki, 2019-cu ildə ali məktəblərə I qrup üzrə 84 , II qrupda 22, III qrupda 27, IV qrupda 18, V qrupda isə 23 ixtisas üzrə qəbul aparılacaq.

"I ixtisas qrupunda informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə qəbul aparılmayacaq, çünki bu ixtisas ləğv edilib. III ixtisas qrupu üzrə isə İslamşünaslıq ixtisası əlavə olunub”- deyə Kamran Əsədov qeyd edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA