“Lotu Quli”nin adamı saxlanıldı - Məclisə basqın edildi

img

29-01-2019 [16:32]


Kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifovun tərəfdarı Ukraynanın Donetsk əyalətində Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Donetsk vilayətinin polis rəisi Artyom Kisko öz feysbuk hesabında məlumat yayıb. O, Gürcüstan vətəndaşı olan şəxsin Mariupol şəhərində keçirilən ad günü məclisində saxlanıldığını, onun Ukraynaya "Lotu Quli”nin tapşırığı ilə gəldiyini bildirib.

Kisko qeyd edib ki, saxlanılan şəxs Poltavada soyğunçuluq etdiyinə görə beynəlxalq axtarışda olub və bu səbəbdən Ukraynaya başqa ad, soyadla gəlib. Polis rəisi onu da bildirib ki, adı açıqlanmayan şəxs hazırda istintaq təcridxanasındadır/qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA