Mikayıl Cabbarov konfransı təcili tərk etdi - SƏBƏB+Foto

img

29-01-2019 [15:21]


Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

Konfransda nazirlər, komitə sədrləri, yüksək vəzifəli məmurlar və sahibkarlar iştirak edib.

Konfransın növbəti mərhələsində nazirlər sahibkarların suallarını cavablandırıb. Həmin vaxt maraqlı hadisə yaşanıb. Belə ki, tədbirdə iştirak edən Vergilər naziri Mikayıl Cabbarovun telefonuna mesaj gəldikdən sonra o, konfransı tez tərk edib. 10 dəqiqə konfransda oturan nazirin tədbirdə telefonla yazışması da diqqətlərdən yayınmayıb.

 Mikayıl Cabbarov gedəndən sonra isə onu müavini Sahib Ələkbərov əvəz edib/unikal.org



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA