Eldar Əzizov dörd qurumun fəaliyyətinə xitam verdi - SİYAHI

img

29-01-2019 [14:44]


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icra hakimiyyəti strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə bir sıra sturkturu ləğv edib.

Mia.az Belediyye.info-ya istinadən bildirir ki, icra strukturuna aid edilən Xarici əlaqələr və İnvestisiya proqamları Departamenti, Baki Kino xidməti idarəsi, İqtisadiyyat Komitəsi və Bakı şəhər Ekspertiza mərkəzi ləğv edilib.

Qeyd edək ki, İqtisadiyyat Komitəsi və Kino Xidməti İdarəsi hələ keçmiş sovet dövründən bu strukturda saxlanılırdı. Xarici əlaqələr və İnvestiya proqramları Departamenti isə 1997-ci ildə yaradılmışdı.

Eldar Əzizov bir müdddət əvvəl işdən azad etdiyi BŞİH Aparat rəhbəri olmuş vəzifəsindən azad edərək Rasim Quliyevi Xarici əlaqələr və İnvestisiya proqamları Departamentinə sədr təyin etmişdi.

Struktur dəyişkiliyi barədə məlumatı icra hakimiyyətindən də təsdiq ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA