NATO-nun Baş katibi: “Əfqanıstandakı vəziyyəti risk altında qoymayacağıq”

img

29-01-2019 [12:59]


"Biz sülh üçün barışın əldə olunmasını təmin etmək məqsədilə Əfqanıstandayıq”.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyb.

O əlavə edib ki, həqiqətən də Əfqanıstanda uzun müddət qalmayacaqlar:

"Lakin Əfqanıstanın yenidən beynəlxalq səviyyədə terrorçular üçün təhlükəsizlik bölgə olmasına mane olmaq hədəfimizi risk altında qoymayacaq, belə bir risk olduğu halda hərbi birliklərimizin sayını azaltmayacağıq”.

Qeyd edək ki, NATO baş katibi hazırda Vaşinqtonda rəsmi səfərdədir.

Baş katib Pentaqonda ABŞ-ın yeni müdafiə naziri Patrik Şanahanla bir araya gələrək müzakirələr aparıb.

Əsas müzakirə mövzusu Əfqanıstandakı durumla əlaqədar olub. Hazırda ABŞ Əfqanıstanda Taliban Hərəkatı ilə sülh danışıqları aparır/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA