Eldar Əzizovdan yeni təyinat - Milli Məclisin şöbə müdiri müavininə BŞİH-də vəzifə verildi

img

29-01-2019 [11:59]


Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov daha bir struktur islahatı həyata keçirib.

Mia.az "qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinin müdir müavini işləyən İlqar Əlizadəni Aparatın Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edib.

İ.Əlizadə daha əvvəl isə Mərkəzi Seçkilər Komissiyasında Hüquq şöbəsinin rəhbəri olub, 3-cü dərəcəli dövlət müşaviridir.

İ.Əlizadə açıqlamasında məlumatı təsdiqləyib.

Xatırladaq ki, BŞİH-in Hüquq şöbəsinin keçmiş rəhbəri Sani Nəsibov ötən ilin dekabr ayında vəzifəsindən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA