“Mətanət-A” Şirkətlər Qrupunun prezidenti "mənbə" axtarır

img

28-01-2019 [17:05]


"Mətanət-A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri (bu günlərdə İdarə Heyəti sədrliyindən istefa verib-red.) Elxan Bəşirov 2016-cı ildə müflis elan edilərək bağlanan "Texnikabank”da batmaqda olan 5 milyon manatını olduqca maraqlı üsulla "xilas edib”.

Bu barədə AFN-nin məlumatınaə görə, E.Bəşirov hələ 2015-ci ilin sonlarında bankın bağlanacağından məlumatlı olub.

Elə həmin ərəfədə də bankdakı 5 milyon dollarını şirkətdə çalışanların adına depozitə "çevirib”. Bu zaman mövcud qanunvericiliyin tələblərini yaddan çıxarmayan Bəşirov hər işçinin adına 18 min dollar (30 min manat) olmaqla banka depozit yatırıb. "Texnikabank” müflis olduqdan sonra isə o, Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həmin pulları geri ala bilib.

Daha sonra bildirilib ki, onun haqqında zaman-zaman mediada yazılan işçilərdən işə götürən zaman depozit alması, işçilərin əmlaklarını girov olaraq götürməsi, vergidən yayınma, şirkətdaxili texnikaların çoxunun oğurluq olması, xoşlamadığı işçini döydürməsi, ikili mühasibatlıq, istehsal etdiyi məhsulların erməni bazarlarında daha ucuz satılması, Lerik rayonunda narkotik plantasiyaları, qaçaqmalçılıq, hətta cənab Prezidenti milyonların önündə aldatması və sair iddialar heç də yanlış deyil...

Qeyd edək ki, E.Bəşirovun şirkətin İdarə Heyəti sədrliyindən istefa verməsi növbəti parlament seçkilərində iştirak etmək istəyilə bağlıdır. Bu barədə artıq mediada da yazılıb.

 AFN-in araşdırması zamanı o da məlum olub ki, E.Bəşirov yaxın vaxtlarda Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədrliyindən də istefa verəcək. Onun öz çevrəsində bu il növbədənkənar parlament seçkiləri keçiriləcəyi və onun da seçkilərdə iştirak edərək parlamentə "düşəcəyi”, bununla bağlı "lazım olan tədbirləri” gördüyünü dediyi barədə də məlumatlar var. 

E.Bəşirovla bağlı daxil olan məlumatları "Mətanət A” şirkətinin mətbuat xidmətinə ünvanlasaq da, müxtəlif bəhanələrlə cavabdan yayındılar. 

Qarşı tərəf bizdən pul müqabilində mənbəni soruşsa da, bunun jurnalist etikasına zidd olduğunu diqqətə çatdıraraq qəti surətdə imtina etdik/Mənbə: https://afn.az/bildiris/76791-elxan-beshirov-5-milyon-dollarini-nece-xilas-etdi-.html

Yeri gəlmişkən, sözügedən şirkət bir qədər əvvəl Mia.az-ın yuxarıda qeyd edilən iddialarla bağlı sorğusunda ətraflı cavab verib. Və "Texnikabank"la, həmçinin işçilərin döyülməsi və sair məqamlar təkzib edilib. 

P.S. Xatırladaq ki, bu yazıdan sonra "Mətanət A" şirkəti Mia.az-a rəsmi məktub göndərib, bir daha qeyd edilənlərin yalan və böhtan olduğunu bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA