Yağış yağacaq, külək güclənəcək - Hava XƏBƏRDARLIĞI

img

28-01-2019 [15:32]


Sabah gözlənilən hava ilə bağlı xəbərdarlıq olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasındaarabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isəyanvarın 28-i axşam, 29-da havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i axşam, 29-da qərb küləyinin bəzi rayonlarda arabir 15-20 m/s olacağı, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA