Azərbaycanın sürücülük vəsiqələri xaricdə də tanınacaq

img

28-01-2019 [11:06]


Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.

Bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.

Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - "ə”, "ğ”, "ö”, "ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.(report)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA