İdmançı qripdən ölüb? - RƏSMİ AÇIQLAMA

img

28-01-2019 [10:51]


Səhiyyə Nazirliyi qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, həmin şəxs xəstəxanaya müraciət etməyib.

"Meyit də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim edilmədiyi üçün onun hansı səbəbdən ölməsini demək mümkün deyil”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova mətbuata açıqlamasında mərhumun bir müddət əvvəl soyuqdəymədən müalicə aldığını və daha sonra xəstəliyin şiddətlənərək bədənində iltihabi prosesə səbəb olduğundan dünyasını dəyişdiyini bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA