Deputatın İsveçrədə vəfat edən oğlu Bakıda dəfn edilib

img

27-01-2019 [12:14]


Millət vəkili Əsabil Qasımovun İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.

E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və dünən günün ikinci yarısında təyyarə Bakıya enib. 

Ə.Qasımovun bədbəxt hadisə nəticəsində vəfat edən oğlu günün sonunda "Qurd Qapısı” məzarlığında dəfn edilib.

Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edib/Publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA