Birinci vitse-prezidentin göstərişi icraata götürüldü - Komissiya yaradıldı

img

26-01-2019 [19:52]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Mia.az xəbər verir ki, bu barədə "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Bununla bağlı "Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA