Bu dövlət əmlaklarının özəlləşdirilməsi qadağan edilir - SİYAHI

img

26-01-2019 [19:35]


"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.


Qanun layihəsinin 6-cı maddəsinə (Dövlət əmlakının təsnifatı) dəyişiklik təklif edilir.

 

Qanunun hazırkı maddəsində Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.

 

Dəyişikliyə görə isə , Azərbaycan Silahlı qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakının özəlləşdirilməsi qadağan edilir.

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik "Sərhəd qoşunları haqqında” qanunun 2018-ci il 12 iyun  tarixli tətbiqi ilə əlaqədardır.

Sənəd Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək/modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA