DSMF sədri ilə müqaviləyə xitam verildi - ƏƏSMN-də daha bir dəyişiklik

img

26-01-2019 [16:35]


Dövlət Sosial Müdafiə Fondunun sədri Zakir Babayev işdən çıxarılıb.

Onun işdən kənarlaşdırılması isə bir neçə gün əvvəl olub.

Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov da təsdiqləyib.

Onun sözlərinə görə, hazırda bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcra Aparatının Sosial Təminat Siyasəti şöbəsinin müdiri Himalay Məmişov icra edir/oxu.az.

Xatırladaq ki, 68 yaşlı Zakir Babayev DSMF-nin sədri postunu müqavilə əsasında tuturdu.

Mia.az-ı məlumatlandıran ƏƏSMN-dəki mənbə deyir ki, Zakir Babayevlə hələ Səlim Müslümovun dövründə bağlanmış müqavilə bir neçə gün əvvəl başa çatıb. Və bundan sonra yeni nazir Sahil Babayev onunla növbəti bir il üçün müqavilə bağlamaqdan imtina edib. Yəni müqaviləyə xitam verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA