Sınaq imtahanlarının qiyməti niyə bahadır? - Məleykə Abbaszadədən açıqlama

img

25-01-2019 [16:49]


 Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sınaq imtahanlarının qiymətinin baha olması ilə bağlı iddialara münasibət bildirib.

"Report”un xəbərinə görə, o, bu fikirlərlə razı olmadığını deyib. 

"İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, loqistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar”, - M.Abbaszadə vurğulayıb. 

O əlavə edib ki, bəzi hazırlıq kursları DİM-in təşkil etdiyi sınaq imtahanlarına öz müəllimlərini, dinləyicilərini göndərirlər: "Onlar da imtahandan kitabçanı götürürlər və sonra həmin material əsasında intellektual məhsulumuzu istifadə edirlər. Nəticədə bəzi kurslar elmi işə heç bir vəsait sərf etmirlər”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA