Nazir müavini ilə deputat arasında mübahisə düşdü - Milli Məclisdə

img

25-01-2019 [16:27]


"Büdcə müzakirələri zamanı bələdiyyələrlə bağlı bəzi problemlər qaldırıldı. Bəzi bələdiyyələrin hesabları dondurulub, bu məsələdə onlara Ədliyyə Nazirliyi də köməklik göstərməlidir. Sizin bu barədə heç məlumatınız yoxdur, necə kömək edəcəksiniz? Çünki siz maraqlanmırsınız...”.

Bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrə kömək etmək lazımdır: "Axı onların başqa təşkilatı yoxdur. Bəs onlara kim kömək etməlidir?”.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, təkliflər qanunvericiliyə salınmalıdır: "O zaman icra edərik. Siz onu qanunvericiliyə daxil etməsəz, biz onu necə icra edə bilərik? Burada hər hansı maneədən söhbət gedə bilməz".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA