Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb

img

25-01-2019 [16:11]


2018-2019-cu tədris ili üçün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı məlum olub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, sənəd qəbulu fevralın 1-də başlayacaq.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı olacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA