Gürcüstan XİN-dən terrorçuya abidə qoyulmasına ilginc reaksiya: "Bu mövzu ətrafında ajiotaj gərəksizdir”

img

25-01-2019 [12:21]


"Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması ilə bağlı məsələ Gürcüstan və Azərbaycan arasında müzakirə olunub".

B barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, iki ölkə arasında müzakirə olunmayan mövzu yoxdur və qeyd olunan məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirilib: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və bu mövzu ətrafında ajiotaj gərəksizdir”.

Xatırladaq ki, bu ilin yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək büstün açılmasına etirazını bildirib. Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA