Deputat müəllimlərə səsləndi: "Bu, xaosdur, “şum”dur..."

img

24-01-2019 [17:33]


Milli Məclisin deputatı Ağacan Abıyev "Kurikulum” sözünün işlədilməsinə etiraz edib.

Mia.az "Report"a istinadən xəbər verir ki, parlamentin Elm və təhsil komitəsinin iclasında A.Abıyev deyib ki, bu sözü tələffüz etmək çətindir: "Bu sözü deyəndə az qalır ağzımız əyilsin. "Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər? Bu, xaosdur, "şum”dur... Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA