Arif Alışanova daha bir şok - Arvadı ilə boşanıb

img

24-01-2019 [16:14]


Bir həftədən artıqdır AzTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb.

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, Arif Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş verib.

Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilir. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu posta qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.

Keçmiş sədr həmçinin bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi ittihamlar səslənmişdi.

Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı. Maklerlik fəaliyyəti göstərən Ş.Əkbərov demişdi ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA