“Azərişıq”da kadr dəyişikliyi - Rəis işdən çıxarıldı, yerinə təyinat oldu

img

24-01-2019 [14:53]


"Azərişıq" ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

Mia.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, onun yerinə Rasim Həsənov təyin edilib.

Həmçinin, "Azərişıq"ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, "Azərişıq"ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev "Azərenerji" ASC-yə vitse-prezident təyin edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA