Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı göstəriş verdi + VİDEO

img

24-01-2019 [12:18]


Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Bakıda Vəliyevlər ailəsində 3 illik övlad həsrətinin sonunda dünyaya gələn üçəmlərə - Mehriban, Leyla və Arzuya diqqət göstərib.

Mia.az news24.az-a istinadən xəbər verir ki, xəbər yayıldıqdan dərhal sonra ailəyə maddi yardım göstərilməsi üçün Fonda göstəriş verib.

Uşaq arabası, beşik, növbənöv geyimlər, hamam dəstləri və müxtəlif qidalarla təmin edilən ailə ölkənin birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildirib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA