Ərdoğandan Maduroya dəstək: “Qardaşım, dik dur, yanındayıq”

img

24-01-2019 [10:23]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela rəhbəri Nikolas Maduroya dəstək nümayiş etdirib.

Ərdoğan Maduroya zəng edərək yanında olduğunu bildirib: "Maduro qardaşım, dik dur, yanındayıq”.

Bu barədə Türkiyə prezidentinin mətbuat sözçüsü İbrahim Kalın Tvitterdəki hesabında #WeAreMADURO həştəqi ilə paylaşım edib.

Qeyd edək ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido prezidentliyini elan edib. ABŞ başda olmaqla Amerika qitəsindəki 34 ölkə də onun prezidentliyini tanıdığını elan edib.

Rusiya, Meksika və Boliviya isə Maduronun yanında olduqlarını açıqlayıblar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA