Putin Venesuelada çevrilişi dəstəkləmədi - Trampı ittiham etdi

img

24-01-2019 [09:27]


Rusiya Federasiyası Venesuelada qanuni prezident olaraq Nikolas Maduronu tanıyır. Baxmayaraq ki, ölkədə baş vermiş hakimiyyət çevirilişi nəticəsində Xuan Quaydo keçid dövrü üçün müvəqqəti prezident elan edilib, rəsmi Moskva Rusiyanın mövqeyi dəyişməz qaldığını bildirib.

Bu barədə Federasiya Şurasında bildirilib. Kreml ABŞ prezidenti Donald Trampı Venesuelanın işlərinə kobud şəkildə müdaxilədə də ittiham edib.

Qeyd edək ki, ötən gün Venesuelanın paytaxtı Karakasda əhali prezident Nikolas Maduronun istefası tələbilə ayağa qalxıb.

Aksiyaçılar qarşısında çıxış edən parlamentin sədri Xuan Quaydo prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edib.

Artıq ABŞ Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. 

Hazırda etirazları davam etdirən xalq Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.

ABŞ-ın ardınca Kanada, Argentina, Çili, Ekvador, Paraqvay, Kolumbiya, Kosta Rika, Braziliya, Cənubi Amerikanın bir sıra dövlətləri də Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. ABŞ, Kanada, Fransa isə daha əvvəl yeni prezidentə dəstək verib.

Meksika və Boliviya isə Maduronu ölkənin qanuni lideri hesab edir/modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA