Paşinyan Əliyevlə görüşündən danışdı: “Biz əgər eyni yerdə oluruqsa...” + VİDEO

img

23-01-2019 [21:35]


"Prezident İlham Əliyevlə görüş və müzakirələr danışıqlar prosesinin rəsmi başlanğıcı, rəsmi mərhələsi demək deyil”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook”da canlı yayım edərkən bildirib.

O, Azərbaycan prezidenti İlham Əliyevlə Davosdakı 1,5 saatlıq görüşünü belə şərh edib: "Davosda forum təşkilatçıları bizim ikimizin də orada olduğunu görüb "Görüş təşkil olunmasına qarşı deyilsiniz ki?” deyə soruşdular. Biz də qarşı olmadığımızı dedik. Görüşümüz hər ikimizin razılığı əsasında baş tutdu. Biz əgər eyni yerdə oluruqsa, görüşməkdən çəkinmirik”.

Paşinyan görüşün mövzusunu belə açıqlayıb: "Biz indiyədək olan hər 3 görüşümüzdə danışıqlar prosesinin tarixini müzakirə etmişik. Əlbəttə, tənzimlənmə prosesinin şərtləri və imkanları haqda da danışırıq. Konkret detal haqda isə müzakirə aparmırıq. Sadəcə fikirlərimizi bölüşürük. Bu isə fikir mübadiləsi və danışıqlar prosesinin qarşılıqlı anlayış şəraitində aparılması imkanı deməkdir”/qafqazinfo




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA